2025-ci ilə kimi Rusiyanın tankı qalmayacaq
Rusiyanın Ukraynaya qarşı müharibəsinin artıq üçüncü ilidir. Rusiya siyasi, sənaye və hərbi cəhətdən tam səfərbər olub. Amma bu səfərbərlik Kremlin yeniləyə bilmədiyi resurslarını da boşaldır. Başqa sözlə, Rusiya güclüdür, lakin kövrəkdir.
Tacxeber.com xəbər verir ki, bu barədə “Forbes” yazıb.
“Ukrayna da səfərbər olub, lakin xarici yardımdan asılı olaraq qalır və ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Rusiyaya dost respublikaçılar bu yardımın mühüm hissəsinin qarşısını alırlar”, – nəşr bildirib.
Qeyd olunub ki, 26 ay davam edən ağır döyüşlər zamanı Rusiya hərbçiləri Ukraynada 15300 tank, döyüş maşını, haubitsa və digər silah-sursatla yanaşı, yüz minlərlə hərbçi itirib: