Bir çox xəstəliyin dərmanı olan ananasın İNANILMAZ FAYDALARI
Cənubi Amerikanın isti iqlimində yetişən, şirniyyatlara gözəl bir alternativ olan ananasın faydaları saymaqla bitmir. Ananas çox zəngin kimyəvi tərkibə malikdir. A, PP, C , B qrupu vitaminlər, bir çox vacib minerallar (kalium, maqnezium, fosfor, yod, sink, mis, dəmir və s.), orqanik turşular, fermentlər, liflərlə zəngindir. Belə zəngin tərkib ananası insan orqanizmi üçün olduqca faydalı edir.
Tacxeber.com ananasın insan orqanizminə faydalarını təqdim edir.
Qəbizliyin qarşısını alır
Qəbizlik hallarında həkimlər hər zaman lifli qidalar yeməyi məsləhət görür. Bağırsaq sisteminə faydası olan lif ananasda bol miqdarda var və həzm sisteminə müsbət təsir edir.
Həzm sistemini qaydasına salır
Ananasın əhəmiyyətli bir mineralı olan bromelain önəmli bir sistem düzənləyicidir. Bol lifli bir meyvə olan ananas həzm sisteminin funksiyalarını sağlam şəkildə yerinə yetirməsinə kömək edir və labüd xəstəliklərdən qoruyur.
Qut xəstəliyinin müalicəsində istifadə edilir
Tərkibində bol olan C vitamini sayəsində qut xəstəliyini yaradan ürik turşusunu tarazlaşdırmağa yardımçı olur.
Şişliyi azaldır
Tərkibində olan bromelain maddəsi sayəsində sellülit yaranmasını əngəlləyib bədənə alınan su miqdarını da azaldır. Yüksək lif səviyyəsi sayəsində bağırsaq sisteminin daha düzənli çalışmasına da kömək edir.
Sümük və diş sağlamlığını qoruyur
Diş minalarını gücləndirərək dişlərin çürüməsinin və diş ətinin geri çəkilməsinin qarşısını alır. Eyni şəkildə sümük sağlamlığı üçün də çox faydalı olan ananas güclü bir kalsium tərkibinə malikdir.
Arıqlamağa kömək edir
Arıqlamağa kömək edən ananas daha sürətli kalori yandırmağınızı və tərkibindəki lif, minerallar ilə yığılan sağlıqsız toksinlərin bədəndən atılmasını asanlaşdırır.
İnfeksiyadan qoruyur
Ananas immun sisteminə də çox müsbət təsir edir. Soyuq fəsillərdə orqanizmin infeksiyalara və viruslara olan davamlılığını artırmaq üçün tez-tez ananas yeyin.