• 21 Sentyabr 2024 21:12

Ceki Çanın son halı sevənlərini təəccübləndirdi

Dünya şöhrətli aktyor Ceki Çanın sosial şəbəkədə yayılan son fotosu böyük müzakirələrə səbəb olub.

 

Ötən həftə 70 yaşı tamam olan aktyor sosial şəbəkə hesabında şəklini paylaşıb.

 

Aktyor şəkildə saçı və saqqalı ağarmış, həddən artıq yaşlanmış görünüb.

 

Onun birdən-birə bu qədər qocalması sevənlərini məyus edib.

 

Ceki Çan izləyicilərini çox intizarda qoymayıb və yeni rolu üçün belə göründüyünü bildirib.

Tacxeber.com

Oxşar xəbərlər