Kubaya casusluq edən ABŞ səfiri 15 il həbs cəzasına məhkum edildi
ABŞ-ın Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubaya casusluq etdiyi üçün 15 il həbs cəzası alıb. Amerika məhkəməsi müvafiq qərar qəbul edib.
Musavat.com CNN-ə istinadla xəbər verir ki, hakim diplomatı xarici hökumətin agenti kimi fəaliyyət göstərmək üçün sövdələşməyə getdiyinə görə beş il, fəaliyyətinə görə isə daha on il həbs cəzasına məhkum edib.