Qalant İranın gözlənilən hücumundan DANIŞDI Dünya Muharibə 13 Aprel 2024 23:52 92 İsrail İran və onun proksi qüvvələrinin “planlı hücumunu” diqqətlə izləyir. Publika.az TASS-a istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib. O, söz verib ki, hücum olacağı təqdirdə əhalinin müdafiəsi üçün bütün lazımi tədbirlər görüləcək. “Son günlər biz müdafiə və hücum strukturlarımızı gücləndirmişik”, – deyə Müdafiə Nazirliyinin rəisi bildirib. Nazi qeyd edib ki, dövlət quruda və havada yeni imkanlar yaradıb. Qallant həmçinin israilliləri İsrail Müdafiə Qüvvələrinin (IDF) verdiyi təlimatlara əməl etməyə çağırıb. Tacxeber.com