• 21 Sentyabr 2024 21:58

Tanınmış aparıcıdan İrana: “Ya vur, ya da sus”

Hazırda İran-İsrail müharibəsinin başlaması ilə bağlı xəbərlər sosial şəbəkədə əsas müzakirə mövzusuna çevrilib.

 

Tanınmış aparıcı Nigar Sabirqızı sosial şəbəkədə məsələyə öz mövqeyini belə bildirib:

“İran 2 həftədir ancaq sosial şəbəkələrdə İsraildən qisas alır. Vəd etdiyi “ağır” cavabı hələ ki videolarda göstərir. Deyəsən, real həyatla filmi səhv salıblar. Videolardakı ssenarini həyatda tətbiq etməyə hələ cəsarət etmirlər. Ya vur, ya da sus. Elə bil izləyicini intizarda saxlayan serialdır. Dünyanı boş təhdidlərlə bu qədər məşğul edən ikinci ölkə yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər