Rusiya-Ukrayna müharibəsi çexiyalı iş adamını milyarderə çevirdi – SƏBƏB
Ukraynanın sılahlandırılması Çexiyanın əyalətində yerləşən Şternberk şəhərindəki köhnə sovet tank istehsalçısını milyarderə çevirib.
Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, bu günlərdə köhnə “Excalibur” zavodunda II Dünya Müharibəsindən sonra nasistlərin tərk etdiyi hərbi maşınlar təmir edilir və paslı tanklar tam funksional döyüş maşınlarına çevrilir. Hazırda zavod Avropada kütləvi münaqişələr üçün avadanlıq istehsal edən kompleksin bir hissəsidir.
Mixal Strnad bildirib ki, biznesi “soyuq müharibə” bitdikdən sonra silahlara ən böyük sifariş alıb. Atası tərəfindən yaradılmış zavod “Czechoslovak Group AS” və ya “CSG”nin ən böyük və ən gəlirli komponentidir. Bu şirkətin gəliri ötən il 1,73 milyard avroya (1,9 milyard dollar) yüksəlib. Bu da 2021-ci ildəki gəlirdən üç dəfə çoxdur.