• 23 Noyabr 2024 09:04

AFFA çempionatın oyunu ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

Azərbaycan 1-ci Liqasında 20-ci turunda aprelin 4-ü keçirilən “İrəvan” – “Araz Saatlı” oyununun (1:4) nəticəsi ilə bağlı müəyyən şübhələr yaranıb. Sözügedən görüşün danışılmış matç olması ilə bağlı iddialar səsləndirilir. 

 

Məsələ ilə əlaqədar AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev açıqlama verib. O, “CBC Sport”a bildirib ki, AFFA olaraq danışılmış oyunlarla bağlı məsələləri daim diqqətdə saxlayırlar:

“Sözügedən məsələlərdə bağlı hər hansısa bir siqnal və ya məlumat AFFA-ya daxil olduğu təqdirdə, dərhal müəyyən olunmuş addımlar atılır, aidiyyatı üzrə müəyyən qurumlara məlumat ötürülür, məsələrə araşdırılır. Sözügedən oyunla bağlı da onu qeyd edə bilərəm ki, bu matçın ictimaiyyətdə söz-söhbət yaratdığını nəzərə alaraq bizim tərəfimizdən də məsələ nəzarətə götürüldü. Tərəfimizdən UEFA-ya məlumat ötürüldü. Ola bilsin, onların tərəfindən bu oyunla bağlı hər hansısa bir əlavə məlumat AFFA-ya verilsin. Həmçinin öncədən qeyd etdiyim kimi müəyyən addımlar mövcuddur, hansılar ki, atılıb”.

 

S.Hacıyev qeyd edib ki, həmin oyunla bağlı AFFA tərəfindən güc strukturlarına da müraciət olunub: “Əlbəttə ki, məsələrə araşdırılır. Araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər”.

Əlavə edək ki, bir neçə gün əvvəl mediada “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyevin saxlanılmasına dair məlumat yayılıb. Onun mənimsəmədə ittiham edildiyi iddia olunur. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər