• 22 Sentyabr 2024 02:49

“Qərb ölkələri İsraili qoruduğu kimi, Ukraynanı da qoruya bilər” – Zelenski

“Azad dünya İsraili müdafiə etməklə nümayiş etdirdi ki, bu cür birlik nəinki mümkün, hətta tamamilə effektivdir”.

 

Tacxeber.com xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında yazıb.

 

O bildirib ki, Qərb ölkələrinin İsraili İranın hücumundan qoruduğu kimi Ukraynanı da qorumaq imkanı var

 

“Müttəfiqlərin qətiyyətli hərəkətləri terrorun uğurunun və infrastrukturun itirilməsinin qarşısını aldı və təcavüzkarı yerində oturmağa məcbur etdi. Eyni şey, İsrail kimi NATO üzvü olmayan Ukraynanın terrordan qorunmasında da mümkündür. Bunun üçün isə 5-ci maddənin aktivləşdirilməsinə ehtiyac yoxdur, sadəcə siyasi iradə kifayətdir”, – deyə Ukrayna lideri əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər