• 26 Noyabr 2024 11:19

Qlobal istiləşmə insultların sayını artıracaq – Xəbərdarlıq

Qlobal iqlim dəyişikliyi dünyada beyin insultlarının sayını artıracaq.

 

“Medicina” xəbər verir ki, alimlər Nevroloji dərgisində çap etdikləri yeni elmi araşdırmada həyəcan təbili çalıblar.

 

Alimlər 200 ölkədən 3 milyon insanın son 30 ili əhatə ediblər.
2019-cu ildə insultdan 521 min ölüm qeydə alınıb. Onlar havanın temperaturunun artması ilə bağlı idi.

 

Səbəb təkcə istilik də deyil, hava temperaturu normadan aşağı düşən ölkələrdə də insultlar olur. Çünki istilik qanın laxtalanmasına, soyuq damarların daralmasına səbəb olur.

 

Eləcə də 30 ildə əhatə olunan ölkələrdə 9 milyon insultdan əlillik hal olub.
Ən çox Mərkəzi Asiya, Şimali Makedoniya, Türkiyə, irəli çıxıb.
Müəlliflər yalnız hava faktorunu nəzərə alıblar, lakin insulta təzyiq, siqaret, stress, yaş, çəki və s. təsir edir.

 

Gələcəkdə səhiyyə siyasətinin iqlim dəyişikliklərinə qarşı səfərbər olub, insultdan ölüm hallarının qarşısının alınmasına yönəlməlidir. Benzin, yanacaq sərfiyyatı, meşələrin qırılması, sənaye çirklənməsi iqlim təhlükəsini daha da artırır”.

Tacxeber.com

Oxşar xəbərlər