• 22 Noyabr 2024 04:53

Netanyahu İranını bu dəfə belə hədələdi – Tehran cavab verdi 

İsrail İranın hücumuna “emosiyalarla deyil, kəşfiyyatla” cavab verəcək. 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu bildirib.

 

“Biz İrana cavab verəcəyik, lakin hisslərlə deyil, ağılla hərəkət etməliyik”.

 

Netanyahu əlavə edib ki, İran tərəfi İsrailinin son hadisələr zamanı necə stress çəkdiyini yaşamalıdır.

 

Kan radiosunun məlumatına görə, İsrail cavab hücumu barədə ABŞ-ı xəbərdar etməli olacaq ki, amerikalılar “hazırlıq olmadan təhlükə ilə üzləşməsin”.

 

İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani deyib ki, İsrail İranın son hücumuna cavab verərsə, Tehran ötən dəfəki kimi 12 gün ərzində deyil, saniyələr ərzində tədbirlər görəcək.

 

“Əgər İsrail İran torpağına toxunmağa cəhd etsə, əvvəlki ilə müqayisədə mütləq daha güclü zərbə alacaq. İsrail növbəti səhvə yol verərsə, cavab dərhal güclü olacaq.

 

Xarici işlər nazirinin müavini aprelin 1-də İranın Suriyadakı səfirliyinin konsulluq şöbəsinə zərbə endirməsini İsrailin “strateji səhvi” adlandırıb. Onun sözlərinə görə, bu səbəbdən Tehran İsrail ərazisində “İranın müdafiə qabiliyyətini və hərbi potensialını yoxlamaq üçün” əməliyyat keçirməyə qərar verib.

Tacxeber.com

Oxşar xəbərlər