“Camaatı küçəyə çıxarmaq üçün ölüm-dirim mübarizəsi aparacağam” – “Arabo” terror dəstəsinin komandiri
Aksiya ilə bağlı danışan “Arabo” terror dəstəsinin komandiri Manvel Yeğiazaryan bildirib ki, ermənilər nə istədiklərini bilmir.
“Əvvəlcə bunu aydınlaşdırmalıyıq. Vətənimizi itiririk, kim kimi sevir, kimi sevmir, kimin yaşayıb-yaşaması məni heç maraqlandırmır”, – deyə o qeyd edib.
Manvel vurğulayıb ki, bütün hadisələrdə hakimiyyət günahkardır.
“Bəs o hakimiyyəti kim doğurub? Davranışımızda dürüst olmuşuqmu? Xeyr, dürüst ola bilmədik. Neçə illərdir it kimi yaşamışam, birinci, ikinci, üçüncü hakimiyyət dövründə təqiblərə məruz qalmışam. İndi heç olmasa Nikol imkan verib ki, lazımsız şeylər etməyək, amma bu onu xilas etməyəcək. Vəziyyəti xilas etmək üçün mübarizə aparmalıyıq. Ya durub döyüşərik, ya da biz erməniyik demərik”, – deyə o əlavə edib.
Manvel bildirib ki, ermənilər 30 ildə ciddiləşmədi, prosesləri başa düşmədi, əldalətlə yaşamadı.
“Biz hər şeyi şansın şıltaqlığına buraxdıq və insanlar bütün bunlardan istifadə etdilər”, – deyə o qeyd edib.
Dəstə başçısı vurğulayıb ki, Ermənistanı yalnız möcüzə xilas edə bilər: “Camaatı küçəyə çıxarmaq üçün ölüm-dirim mübarizəsi aparacağam”.
Alpər Mövludoğlu