• 23 Noyabr 2024 01:09

Hacı Şahinin “Canınız çıxmaq” ifadəsi nə qədər etikdir ? VİDEO

“Bu, Allahın adına atılan böhtandır” – İlahiyyatçılar arasında böyük qarşıdurma

“Hacı Şahinə həmişə hörmətlə yanaşmışam. Amma indi onun danışıq tərzi dəyişib. Niyə dəyişib, kim dəyişdirib, anlamıram. “Canınız çıxmaq” ifadəsi nə qədər etikdir?

İlahiyyatçı Elşad Miri “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənlinin sonucu cümə xütbəsində onun haqqında səsləndirdiyi fikirlərə cavab olaraq bildirib.

Xatırladaq ki, Hacı Şahin xütbədə Elşad Mirinin “Mir Mövsüm Ağa möhtəşəm seyid idisə, niyə özünü sağalda bilmirdi?!” fikirlərini tənqid edib və onun haqda sərt ifadələr işlədib.

Elşad Miri deyib: “İndi insanlar sanki Mir Mövsüm Ağanın ziyarətgahına ginekoloji yer kimi baxır, ora gedib övlad istəyirlər, sağlamlıq diləyirlər. Qəbiristanlıqlar ibadət yeri deyil, bizə axirəti xatırladan yerdir. Amma bu ziyarətgahda axirəti xatırladan heç nə yoxdur”.

Elşad Miri çıxışında qeyd edib ki, Hacı Şahin xütbədə ifadə etdiyi fikirlərlə pirlərə haqq qazandırmağa çalışıb. Onun “Allah deyir ki, namazınızı pirdə qılın” sözünə belə reaksiya verib: “Bu, Allahın adına atılan böhtandır. Allahla insanları aldatmaqdır. Allah harada belə bir söz deyib? Kimi aldadırıq?!

Əgər orda insanların şəfa almaslına rəvac verən amillər varsa, insanlar niyə həkimə gedir?! Gedib nəzir versinlər, məsələ həll olunsun. Məsələn, Şeyxülislam müalicəsi ilə bağlı dəfələrlə Almaniyaya gedib. Almaniyaya gedincə, elə gəlib bu ziyarətgahda sağalması üçün dua etməsi daha uyğun olmazmı?”.

İlahiyyatşı, din tarixçisi Elşad Mirinin Hacı Şahinin son fikrinə cavabı aşağıdakı videoda izləyə bilərsiniz:

Tacxeber.az

Oxşar xəbərlər