Tokayev rus dili ilə mübarizə aparanları “axmaq” adlandırdı
Bəzi ölkələrdə rus dili ilə mübarizə aparılması və bununla bağlı süni ajiotaj yaradılması axmaqlıqdır.
Tacxeber.com xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Kostanay şəhərinin sakinləri ilə görüşündə deyib.
Tokayev vurğulayıb ki, Qazaxıstan Konstitusiyasına əsasən, rus dili rəsmi statusa malikdir və yeganə dövlət dili olan qazax dili ilə yanaşı istifadə olunur.