Qızını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapıldı
Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanlının meyiti tapılıb.
Tacxeber.com Report-a istinadən xəbər verir ki, V.Süleymanlının meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılıb. Amma atası ilə birlikdə batan 6 yaşlı Səma Süleymanlının axtarışları davam edir.
V.Süleymanovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.