İsveçlilər artıq 16 yaşda cinsiyyətlərini dəyişdirə bilərlər – QANUN
İsveçdə insanların qanuni yolla cinsini dəyişməsi asanlaşacaq və buna icazə verilən yaş həddi 18-dən 16-ya endiriləcək.
Tacxeber.com xarici mediaya istinadla xəbər verir ki, ölkə parlamenti bu barədə qanun qəbul edib.
Qanun hökumət koalisiyasının sərt tənqidinə baxmayaraq, qəbul edilib və 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.
İsveçlilər 1972-ci ildən bəri cinsiyyətlərini dəyişə bilirlər, lakin bu, çox vaxt aparır və diqqətli müayinə, həkimin gender disforiyası diaqnozu tələb edir. Hazırda ölkədə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi 18 yaşdan başlayır.
Yeni qanuna əsasən, həkim və ya psixoloqla daha qısa məsləhətləşmə, eləcə də Milli Səhiyyə və Rifah Şurasının təsdiqi kifayət edəcək. Yetkinlik yaşına çatmayanlar qəyyumdan icazə almalıdırlar.
Qeyd olunur ki, dəyişikliklər yalnız vergi reyestrindəki şəxsi nömrənin dəyişdirilməsinə və sənədlərin dəyişdirilməsinə aiddir, lakin başqa cinsdən olan şəxsə çevrilmənin fiziki əməliyyatına aidiyyatı yoxdur.
Qanun layihəsinin tərəfdarları deyirlər ki, bu, İsveçi şimal qonşuları və artıq insanların qanuni cinsiyyətlərini müəyyən etmək üçün sistemləri olan bir çox digər Avropa ölkələri ilə yaxınlaşdıracaq mövcud qanunvericiliyin modernləşdirilməsidir.
Bununla belə, qanun layihəsi bəyənilmir. TV4-ün sifarişi ilə keçirilən son sorğuya əsasən, isveçlilərin 59%-i bunu pis və ya çox pis, 22%-i isə yaxşı təklif hesab edir.