“Rusiyanın 50 min əsgəri “ətçəkən maşın” strategiyasının qurbanı oldu – BBC
Müharibə başlayandan bəri Rusiyanın Ukraynada ölən əsgərlərinin sayı 50 mini keçib.
Bu barədə BBC telekanalı məlumat yayıb.
Məlumata görə, bu rəqəmi BBC-nin rus xidməti və “Mediazona” media qrupu təsdiqləyib.
Qeyd olunub ki, müharibənin ikinci ilində – Moskvanın “ətçəkən maşın” strategiyasına güc verdiyi bir vaxtda ölən Rusiya əsgərlərinin sayı birinci illə müqayisədə demək olar ki, 25% çox olub.
Jurnalistlər və könüllülər 2022-ci ilin fevralından ölən Rusiya hərbçilərinin sayını hesablayıblar.
Onlar açıq mənbələrdən, qəzetlərdən və sosial şəbəkələrdən gələn məlumatları təhlil ediblər. Həmçinin, Rusiya qəbiristanlıqlarında yeni qəbirlər də ölən Rusiya hərbçilərinin sayını müəyyən etməkdə kömək edib.