• 20 Sentyabr 2024 17:35

“Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək – Premyer Liqa

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək.

 

Bu gün ilk olaraq çempionluğunu rəsmiləşdirmiş “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. “Köhlən atlar”ın 72 xalı var, “qırmızı-qaralar” 16 xalla sonuncu – səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Meydan sahibləri 46 xalla dördüncü, “ağ-qaralar” 47 xalla üçüncü sıradadır.

 

Azərbaycan Premyer Liqası

XXXI tur

20 aprel (şənbə)

16:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Asif Əliyev

Tofiq Bəhramov adına Respublika Stadionu

 

19:00. “Zirə” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: İlham Əliyev

Zirə İdman Kompleksinin stadionu.

 

Nəzrənizə çatdıraq ki, ötən gün “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib – 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.

Tacxeber.com

Oxşar xəbərlər