Hüseynbala Mirələmovun restoranında ölüm
Hüseynbala Mirələmovun restoranında ölüm
Bakıda restoranlardan birində ölüm hadisəsi baş verib.
Tacxeber.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Səbail rayonu ərazisində yerləşən “Min bir gecə” restoranında qeydə alınıb.
Orada istirahət edən, 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil vəfat edib. Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Min bir gecə” restoranı sabiq deputat Hüseynbala Mirələmova məxsusdur.