• 24 Noyabr 2024 05:01

Ədalətli sülh yalnız güc yolu ilə qazanıla bilər

ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yardımın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsi tarixi gedişatın düzgünlüyünü qorudu.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

 

“Mən ABŞ Nümayəndələr Palatasına, hər iki partiyaya (Demokratlar və Respublikaçılar – red.) və şəxsən spiker Mayk Consona minnətdaram. Amerika demokratiya və azadlığı müdafiə etdiyi müddətdə heç vaxt uğursuz olmayacaq”, – Zelenski əlavə edib.

 

Zelenski vurğulayıb ki, aprelin 20-də müharibənin yayılmasının qarşısını almağa, minlərlə insanın həyatını xilas etməyə, həmçinin Ukrayna və ABŞ xalqlarını daha güclü etməyə kömək olacaq mühüm qanun layihəsi qəbul edilib:

 

“Ədalətli sülh və təhlükəsizlik yalnız güc yolu ilə əldə oluna bilər. Biz ümid edirik ki, qanun layihəsi Senatda dəstəklənəcək və baxılmaq üçün Prezident Baydenə göndəriləcək”.

 

Qeyd edək ki, Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollara yaxın məbləğdə yardım ayrılması layihəsini qəbul edib.

Tacxeber.com

Oxşar xəbərlər