• 20 Sentyabr 2024 12:37

Kreml: “Sülhməramlılar Qarabağı tərk ediblər, çünki …”

Rusiya sülhməramlıları Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmayıb.

 

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Bu (sülhməramlıların çıxarılması-red) Ermənistanın 1991-ci ildəki Azərbaycanın sərhədlərini tanıdıqdan sonra regionda yaranmış hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və onlar üçün daha funksiya qalmayıb”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər