Bu gün toyları olacaqdı – Heç biri həyatda deyil…
Aprelin 22-də Qəbələdə 20 yaşlı qız intihar edib.
Tacxeber.com xəbər verir ki, rayonun Bum qəsəbəsində yaşayan 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədə asaraq həyatına son qoyub.
Bildirilib ki, B.Quliyevanın nişanlısı 1991-ci il təvəllüdlü Rəşad Əlizadə bu ilin 16 martında Ağdaşda yük maşınlarının toqquşduğu ağır yol qəzasında vəfat edib. Yol-nəqliyyat hadisəsi zamanı daha 2 nəfər də dünyasını dəyişib.
Həmin qəzadan əvvəl isə aprelin 23-nə, yəni bugünkü tarixə Rəşadla Bəhruzənin toyu təyin edilibmiş. Bəhruzənin nişanlısının yanında, Cığatelli kəndində dəfn olunacağı bildirilib.