Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI – FOTO
Xəbər verdiyimiz kimi, ötən həftəsonu aparıcı İlqar Mikayıloğlu vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülərini sosial şəbəkə hesabında yayımlayb.
Tacxəbər bizim.media-ya istinadən bildirir ki, Elgiz Əkbər aparıcısı olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində Zülfiyyənin əməliyyat olunduğunu bildirib.
“Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb və buna görə əməliyyat olunub”, – deyə Elgiz vurğulayıb.
Z.Bayramova isə səhhəti ilə bağlı “Hər şey qaydasındadır. Polip var idi, əməliyyatla götürüldü” açıqlamasını verib.
Qeyd edək ki, Z.Bayramova uzun müddətdir xərçəngdən əziyyət çəkir.