“Desəm ki, İrəvan Azərbaycanındır, bunu necə qəbul edərsiniz?” – Erməni general
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Tiqran Xaçatryan Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinin başlanmasına və Ermənistan hakimiyyətinin Azərbaycana verilməsi planlaşdırılan 4 kəndlə bağlı bəyanatına münasibət bildirib.
Tacxeber.com-ın məlumatına görə, Xaçatryanın bildirib ki, eyni bəyanatla hakimiyyət İrəvanı təslim edə və Ermənistan ərazisi olmadığını deyə bilər.
“Mən sizə desəm ki, İrəvan Azərbaycanındır, bunu necə qəbul edərsiniz?” – deyə erməni general sual verib.
Xaçatryanın sözlərinə görə, problem ondadır ki, proses Azərbaycanın diktə etdiyi tələblərin yerinə yetirilməsi ilə davam edir.
O, ölkə Prezidenti İlham Əliyevin bundan sonra da istənilən tələbləri irəli sürəcəyini və hər şeyin indiki kimi davam edəcəyi təqdirdə uğur qazanacağını vurğulayıb.
Xaçatryanın sözlərinə görə, Əliyevin dünən Basarkeçərin 10 kəndi ilə bağlı bəyanatı bunun bariz nümunəsidir.
O, hakimiyyətdə başqa qüvvələr olsa, prosesi dayandırmaq olarmı sualına belə cavab verib.