• 23 Noyabr 2024 09:33

Kim Çen Inın bacısı: Həddindən artıq hürürlər, məhv edəcəyik

Cənubi Koreya Şimali Koreyaya qarşı güc tətbiq etməyə cəhd edəcəyi təqdirdə Cənubi Koreya məhv ediləcək.

 

Tacxeber.com xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq bəyan edib.

 

Cənubi Koreyanın məhv ediləcəyinə söz verən Kim Çenin bacısı eyni zamanda Cənubi Koreya rəsmilərini hürən itlərlə müqayisə edib.

 

“Qorxmuş it yaxşı hürür, lakin son vaxtlar Koreyanın marionet ordusunun liderləri həddindən artıq hürürlər. Əgər onlar öz rəhbərlərinə güvənmək və bizə qarşı güc tətbiq etmək istəsələr, dərhal məhv ediləcəklər”, – KXDR liderinin bacısı Mərkəzi Teleqraf Agentliyindən (KCNA) sitat gətirib.

 

O  həmçinin Cənubi Koreyaya dəstək verən  ABŞ və digər müttəfiqlərini də hədələyib. “Biz suverenliyimizi, təhlükəsizliyimizi və regional sülhü qorumaq üçün ən böyük hərbi güc toplamaqda davam edəcəyik”.

Tacxeber.com

Oxşar xəbərlər