Fransa təyyarəsi Bakıya təcili eniş etdi – Sərnişinlər təxliyə olundu
Heydər Əliyev Beynəlxalq Aeroportunda “Air France” aviaşirkətinə məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan edilib.
Osaka-Paris marşrutu ilə hərəkət edən “Boeing 777” hava gəmisi göyərtəsində yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.
Aeroportda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.
“Air France” aviadaşıyıcısının təyyarəsi Bakı vaxtı ilə saat 16:37-də uğurla eniş edib.
Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insident nəticəsində xəsarət alan olmayıb.