• 23 Noyabr 2024 05:21

“Rusiya işğalçıları yaxın zamanlarda Ukraynaya zərbələri gücləndirəcək” – ISW

“İşğalçılar ABŞ yardımı daxil olanadək Ukraynanın infrastrukturu və müdafiə sənayesi bazasına maksimal zərər vurmaq niyyətindədir…”

 

Rusiyalılar Ukrayna Silahlı Qüvvələrinin (USQ) ABŞ yardımı daxil olanadək maddi məhdudiyyətindən istifadə edərək hücum əməliyyatlarını fəallaşdırır.

Bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) növbəti hesabatında deyilir.

Analitiklər qeyd edir ki, Rusiya ukraynalı hərbçilərin cəbhədə maddi-texniki təminatını pozmaq üçün hücum kampaniyasını gücləndirmək niyyətindədir.

 

Qeyd edilir ki, bu bəyanatıa Rusiya müdafiə naziri Sergey Şoyqu çıxış edib. Analitiklər hesab edir ki, rusiyalılar yaxın zamanlarda Amerika yardımı gələnədək Ukraynanın infrastukturu və müdafiə sənayesi bazasına maksimal dərəcədə zərər vurmağa nail olmaq üçün dron və raketlərlə zərbələri gücləndirəcək.

ISW güman edir ki, zərbələrin USQ logistikasına yönələcəyi barədə Şoyqunun bəyanarları onu göstərir ki, işğalçılar hədəflərini dəyişə bilər və Ukraynanın nəqliyyat infrastrukturu, logistikası və Qərb silahı olan hərbi anbarları zərbə altına düşə bilər.

 

Ehtimal ki, rusiyalılar yaxın zamanlarda USQ-nin ABŞ yardımı daxil olanadək maddi məhdudiyyətindən istifadə edərək hücum əməliyyatlarını fəallaşdırır.

Bundan başqa, analitiklər əlavə edib ki, Şoyqunun bəyanatları həmçinin işğalçıların cəbhənin digər sahələrində deyil, Çasovoy Yar və Donetsk rayonlarında hücumu gücləndirəcəyindən xəbər verə bilər.

 

ISW xatırladıb ki, işğalçılar aprelin 19-da Dnepropetrovsk vilayətinin nəqliyyat infrastrukturuna güclü zərbələr endirib və ehtimal ki, yaxın zamanlarda Ukraynanın yerüstü rabitə xətlərini kəsmək üçün bu zərbələri təkrar edib genişləndirəcək.

“Rusiya hərbi komandanlığı ümid edə bilər ki, koordinasiya edilən səylər USQ-nin cəbhənin kritik sahələrində canlı qüvvə və texnikasını paylaşdırmaq qabiliyyətini məhdudlaşdıracaq və Amerika yardımının Ukrayna qüvvələrinə verəcəyi imkanları ləngidəcək”, – analitiklər yazıb.

 

Ukraynada müharibə – xəbərlər

Sutka ərzində Müdafiə Qüvvələrinin aviasiyası düşmənin şəxsi heyətinin cəmləşdiyi 17 rayona və zenir-raket kompleksinə zərbələr endirib.

Öz növbəsində raket qoşunları bölmələri tərəfindən düşmənin PUA-ların bir yerüstü idarəetmə stansiyası, silah və texnikanın cəmləşdiyi bir rayona, şəxsi heyətin cəmləşdiyi iki rayona, bir HHM vasitəsinə və üç digər mühüm obyektinə zərər vurub.

Baş Qərargahın məlumatına görə, sutka ərzində ən çox döyüş toqquşması üç ustiqamətdə-Liman, Baxmut və Avdeyevkada baş verib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər