• 23 Noyabr 2024 09:02

Bayden imzaladı, “TikTok” üçün geri sayım başladı: Səbəb prezident seçkiləridir?

ABŞ-da aylardır müzakirə edilən “TikTok” qanunu ABŞ prezidenti Co Bayden tərəfindən imzalanıb.

 

150 milyon amerikalının istifadə etdiyi sosial media platformasının ABŞ-dakı gələcəyi sual altındadır.

ABŞ prezident Co Bayden bu şirkətin 9 ay ərzində Amerika şirkətinə satılmasını tələb edən qanunu imzalayıb.

Çin şirkəti bu satışa razı olmasa, TikTok-un ABŞ-da yüklənməsi bloklanacaq. Tətbiq satış mağazalarından silinəcək və heç bir yeniləmə yayımlanmayacaq.

 

Vaşinqton siyasətində, xüsusən də Respublikaçılar arasında “TikTok” ilə bağlı şübhələr var. Digər şübhə isə Çinin “TikTok” vasitəsilə ABŞ prezident seçkilərinə təsir edəcəyi ilə bağlı narahatlıqdır.

Bu səbəbdən qanuna 100 yerlik Senatda 81 senator “hə” deyib.

Tacxeber.com

Oxşar xəbərlər