• 23 Noyabr 2024 09:08

Rusiyada müdafiə nazirinin keçmiş müavininin 1 milyard rubl rüşvət aldığı deyilir

Rusiya müdafiə nazirinin müavini Timur İvanovun müxtəlif xidmətlər şəklində aldığı iddia edilən rüşvətin məbləği 1 milyard rubldan çox ola bilər.


Tacxeber.com
xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, bu məbləğə iri podratçıların maddi sərvətləri və xidmətləri də daxildir.
“İstintaq hesab edir ki, İvanov mütəmadi olaraq sərfəli müqavilələr alınmasını təmin edib və iş adamları da öz növbəsində bu müqavilələr üzrə ona ev tikməkdən tutmuş, ehtiyac duyduğu müxtəlif əşyaların ödənilməsinə qədər müxtəlif xidmətlər göstəriblər. Bu xidmətlərin ümumi dəyəri ilkin olaraq ən azı 1 milyard rubl (18 milyon 479 min manat) qiymətləndirilir. Daha dəqiq cavab isə ekspertiza tərəfindən veriləcək”, – deyə agentliyin həmsöhbəti bildirib.

İvanovun vəkili Denis Baluev də, öz növbəsində, İvanova qarşı irəli sürülən ittihamların təsviri ilə bağlı məlumatı təsdiqləyib, lakin o digər şərhlərdən imtina edib.

Qeyd edək ki, aprelin 24-də Moskvanın Basmannı məhkəməsi xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinən müdafiə nazirinin müavini Timur İvanovu həbs edib.

Müstəntiqlərin fikrincə, o, Müdafiə Nazirliyi üçün podrat və subpodrat işlərində köməklik üçün rüşvət almaq məqsədilə digər şəxslərlə əlbir olub. Həmçinin məhkəmə İvanovla şərik olmaqda ittiham olunan Sergey Borodini də həbs edib.

Tacxeber.com

Oxşar xəbərlər