Sən demə, yeməkləri dadlı olan insanların əlində xüsusi bakteriya var
Hər yeməyin bir “əl ləzzəti” var. Əldəki ləzzət isə insandan insana dəyişir.
Fərqli insanlar eyni inqrediyentlərlə eyni yeməyi bişirsələr belə, hər birinin dadı fərqli olacaq.
Bəs bu “əl ləzzəti”nin haradan gəldiyini heç düşünmüsünüz?
Bu, alimlərin də diqqətini çəkib və araşdırma mövzusuna çevrilib. Belçika və Amerikanın ortaq şəkildə apardığı araşdırmada əldə “dadın” olduğu təsdiqlənib. Araşdırmalara görə, ələ ləzzət verən şey insanın əlindəki bakteriyalardır.
“Lactobacillus” adlı bakteriya növünün dadlı yeməklər bişirməyə səbəb olduğu vurğulanıb. Eyni inqrediyentlərdən istifadə edərək yemək bişirən bəzi insanlarda bu bakteriya olduğu üçün şorba, tort və ana yeməkləri daha dadlı olur.