“TikTok” Türkiyədə də qadağan olunur? – Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub
“TikTok”un Türkiyə təmsilçiləri növbəti dəfə Türkiyə Böyük Millət Məclisinə dəvət olunacaqlar.
Tacxeber Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının sədri Hüseyn Yayman “TikTok” nümayəndələrinin açıqlamalarının qənaətbəxş olmadığını vurğulayıb. O qeyd edib ki, ictimaiyyət “TikTok” milli təhlükəsizlik məsələsidir, buranın bağlanmasını istəyirik” deyir.