“Deyirlər, Avropanın maaşını verin, amma Azərbaycanda gey, fahişə olmasın” – QALMAQAL
Dünən açıq-saçıq geyimdə Bakıda fəaliyyət göstərən mağazalardan birinə daxil olan qadının qovulması xəbəri sosial medianın müzakirə mövzularından birinə çevrilib.
Tacxeber.com xəbər verir ki, hadisəni əks etdirən videonu paylaşan səhifələrin rəy bölməsində əksəriyyət mağaza əməkdaşının davranışını alqışlayır. Qınayanlar isə azlıq təşkil edir, habelə ictimai fəallar da açıq-saçıq geyinən qadının qovulmasını tənqid edir.
Yazıçı Kəramət Böyükçöl də mağaza əməkdaşının hərəkətlərini qınayanlar sırasındadır. O bildirir ki, yazılan rəyləri gördükdə dəhşətə gəlib.