• 23 Noyabr 2024 06:04

Konservləşdirilmiş şorba yeyən 23 yaşlı qızın həyatı məhv oldu

23 yaşlı qız konservləşdirilmiş şorba yedikdən sonra ölümcül bakterial infeksiya ilə mübarizə aparmalı olub.

 

Medicina.az xəbər verir ki, gənc qızın içdiyi şorba bədənindəki bütün əzələlərin iflic olmasına gətirib çıxarıb.

Klaudia Selada adlı gənc qız fərqində olmadan düzgün şəraitdə saxlanılmayan konservləşdirilmiş şorba yeyib. Onda əvvəlcə nəfəs darlığı, bulanıq görmə, başgicəllənmə kimi simptomlar üzə çıxıb. Sonra üz iflici, qollarında və ayaqlarında hissiyyatsızlıq kimi daha təhlükəli simptomlar baş verib.

 

Analizlərdən sonra Klaudiyaya “Botulizm” diaqnozu qoyulub. Müdaxilələr nəticəsində gənc qızın həyatı xilas olunub.

 

Qeyd edək ki, bu xəstəlik C botulinum bakteriyası ehtiva edən qidaları istehlak etdikdə baş verir. Belə halda qidanın tərkibindəki toksinlər sinir sisteminə hücum edərək iflicə səbəb olur. Xəstəlik əsasən ev şəraitində konservləşdirilən sardina, pesto, pomidor və turşu kimi qidalarla əlaqələndirilir.

 

Botulizm dünyanın müxtəlif yerlərində bir çox insanın başına gələn ölümcül hadisələrdən biridir. İnsan bədənini işğal edən ölümcül bakteriyalar yüksək səviyyəyə çatdıqda ömürlük əlilliyə səbəb ola bilir.

 

İflicli xəstələr yeriməyi, danışmağı və gündəlik işləri yerinə yetirməyi yenidən öyrənməli olurlar.

 

Həkimlərin sözlərinə görə, botulizmdən sağalan insanlar illər sonra belə yorğunluq və nəfəs darlığı hiss edirlər.

 

Mütəxəssislər bildirirlər ki, bunun üçün görüləcək ən faydalı tədbir qidaları uyğun şəraitdə saxlamaq və etibarlı yerlərdən alış-veriş etməkdir.

Tacxeber.com

Oxşar xəbərlər