• 22 Noyabr 2024 18:55

Günə bir HEKAYƏ: – İndi deyilsə, bəs nə zaman?

İncitməyəcəksən, bir qəlbi belə olsa qırmayacaqsan bu həyatda…

gune-bir-hekaye-indi-deyilse-bes-ne-zaman

Bir gün bir qaranquş aşiq olur. Cəsarətini toplayıb aşiq olduğu adamın pəncərəsinə qonur. Silkələnib dimdiyi ilə şüşəyə vurur:

 

“Tık-tık…”

Adam məşğul olduğundan təbii ki, diqqəti dağıldığı üçün hirslənir. Qaşların çataraq pəncərəyə baxır.

 

“Kimdir işimi pozan, bu nə münasibətdir?”

 

Qaranquşun ürəyi ağzına gəlir həmin an, həyəcandan balaca ürəyi tıp-tıp atmağa başlayır. “Hey, adam, mən uzun müddətdir ətrafında uçuram. Gözümü səndən çəkə bilmirəm… Bilmirəm niyə belə olmuşam, amma bildiyim bir şey var, o da sənə olan sevgimdir” deyir.

 

Adam eşitdiklərinə inana bilmir. Ağlı yaman qarışır. Əlindəki işi də gecikdikcə gərginləşməyə başlayır: “Bax, sən mənim başımı qatırsan. İşim-gücüm var mənim. Durduq yerdə bu nədir, nə qədər mənasızdır! İşimi daha da pozmağa çalışma”, deyir.

 

Qaranquş kədərlənir, amma sevdiyindən incimir. Bir daha tüklərini qabardaraq cəsarətini toplayır və “pəncərəni aç və məni içəri al. Sonsuzadək birlikdə xoşbəxt yaşayaq, olmaz ki? Dostun, yoldaşın olaram, evində bir səs, bir nəfəs olaram…” deyir.

 

Adam quşun bu cəsarətinə qəzəblənir: “Sözə bax sözə. Sən əvvəlcə özünə gəl, sonra da həddini bil. Bir quşun insana aşiq olduğuna, sonsuzadək xoşbəxt yaşayacaqlarına harada rast gəlinib? Get başımdan, hirsləndirmə məni”.

 

Qaranaquşun qəlbi parçalanır, amma yenə də sevgisindən elə asanlıqla vaz keçmir: “Elə demə. Bax, havalar soyumaq üzrədir, şaxtalıdır. Yaxında qar da yağacaq. Mən də yaman üşüyürəm. Pəncərəni aç, məni içəri al. Soyuq qış gecələrində sənə yoldaş olaram. Yalnızlığını paylaşaram”.

 

Adam quşun həddini aşdığını düşünməyə başlayır. “Bəllidir ki, bunun gedəcək yeri yoxdur, içəri girmək üçün israrla təkid edir” deyə düşünür.

 

“Haydi, quş, yeri get işinin dalınca, yalnızlığımdan şikayət etdiyimi kim dedi sənə? Məni düşünmək sənə qalıb?”, – deyə adam quşu pəncərəsindən qovur.

 

Yazığ qaranquş boynu bükük, qəlbi qırıq, ümidləri parçalanmış halda səmaya doğru qanad açıb uçur.

 

Bir müddət keçdikdən sonra adamın qəlbinə sıxıntı çökür. Sanki etdiklərinə peşman olur: “Ah, mən nə etdim?  Qaranquşu niyə qovdum? Nəysə… Havalar isinəndə yenidən gələr. O zaman pəncərəmi açaram, onu içəri alaram, yalnızlığıma dost edərəm qaranquşu”.

 

Adam gözləməyə başlayır. Günlər keçir, həftələr keçir, uzun qış günləri ötüb gedir. Bahar gəlir, yay gəlir, amma qaranquş hələ də gəlib çıxmır. Quşlar dəstə-dəstə şəhərə qonur, hər birindən qaranquşun harda olduğunu soruşur. Lakin nə bilən var, nə də eşidən…

 

Adam çox üzülür. Sıxıntısını bir müdriklə paylaşmaq qərarına gəlir. Görəsən, qaranquşu tapmağın bir çarəsi vardırmı? Adam müdrik şəxsə dərdini danışır, amma o da kədərli halda başını aşağı salaraq deyir: “Ah, oğlum, ah! Nə qədər kədərlənsən, nə qədər üzülsən azdır. Çünki qaranquşların ömrü 6 aydır”.

 

İncitməyəcəksən, bir qəlbi belə olsa qırmayacaqsan bu həyatda. Çünki vicdan qaranlıq, dibsiz bir quyudur, öhdəsindən gələ bilmərsən, içindəki uçurumla hesablaşa bilmərsən. Yunus Əmrənin dediyi kimi: “Bir könül qıırdınsa bu qıldığın namaz namaz deyildir…”.

 

Başqasını xoşbəxt etməyi bacarmayan bir insanın özünü xoşbəxt etməklə həyatını mənalandırması mümkün deyil…

 

HAKAN MƏNGÜÇ – “Mutluluğu sende bulan senindir, ötesi misafir” kitabından

Tacxeber.com

Oxşar xəbərlər