Rusiya prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnını öldürmək əmri verməyib. ABŞ kəşfiyyatı bu qənaətə gəlib.
Tacxeber.com xəbər verir ki,”Wall Street Journal” öz mənbələrinə istinadən MKİ, ABŞ Milli Kəşfiyyat Direktorunun Ofisi və Dövlət Departamentinin kəşfiyyat şöbəsinin Navalnını Putinin öldürmədiyini iddia etdiyini bildiirb.
Amerika kəşfiyyatı məxfi məlumatlar, Navalnının ölüm vaxtı və Vladimir Putinin seçki kampaniyasına dair faktları təhlil edərək bu qənaətə gəlib.