• 25 Noyabr 2024 19:21

Yeyən kimi dərhal beyinə təsir edən qidalar

yeyen-kimi-derhal-beyne-tesir-eden-qidalar

Yediyiniz qidalar nə qədər sağlam və faydalıdırsa, ikinci beynimiz olan bağırsaqlarımız da o qədər güclü olur. Belə ki, düzgün qidalanmaqla beynin gücünü artıra və gənc qalmasını təmin edə bilərik.

 

Tacxeber.com bildirir ki, aparılan araşdırmalara və alimlərin açıqlamalarına görə, sağlam qidalanan və davamlı hərəkətdə olan insanlar daha az bağırsaq problemləriylə qarşılaşır və depresiyaya girmə riski də az olur. Çünki yeyilən qidalar birbaşa beynə təsir edir və insanda xoşbəxtlik hormonu olan serotoninin yaranmasını təmin edir. Orqanizmdə serotonin hormonu əksik olduqda insan özünü depressiv, bədbin, bədbəxt, özgüvənsiz hiss edir və hətta panik atak keçirə bilər.

 

Qoz serotonin hormonunun istehsalı üçün çox faydalıdır. Kətan toxumu, günəbaxan tumu, balqabaq tumu, küncüt, yerfıstığı, badam, kaju fısdığı orqanizmdə xoşbəxtlik hormonunu əhəmiyyətli dərəcədə artıran cərəzlərdir.

 

Yağlardan balıq yağı, qoz yağı, kətan toxumu yağı, üzüm toxumu, günəbaxan, buğda toxumunun yağı kimi təbii yağlarda olan omeqa-3 və omeqa-6 serotoninin istehsalını artırır.

 

Bu hormon ət məhsullarında az olsa da, tərkibində “triptofan” olan süd və pəndir növlərindən də faydalana bilərsiniz.

 

Sadaladıqlarımızı qidanıza əlavə edin ki, dərman atacaq dərəcədə serotonin hormonuna ehtiyac duymayasınız.

Tacxeber.com

Oxşar xəbərlər