• 25 Noyabr 2024 14:51

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Ukrayna prezidenti Volodimir Zelenski Kiyev vilayətində sərxoş halda piyada keçidində dörd nəfəri vuran Brovarı şəhərinin rayon administrasiyasının rəhbəri Vladimir Maybojenkonu tutduğu vəzifədən azad edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin saytında məlumat verilib.

 

Bildirilir ki, Maybojenko “Yerli dövlət idarələri haqqında” Ukrayna Qanununun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

 

Maddənin birinci bəndi Ukrayna konstitusiyasının və qanunlarının pozulması ilə əlaqədar işdən azad edilməsini nəzərdə tutur.

 

Məlumata görə, Brovarı şəhərində sərxoş Maibojenko piyada keçidində dörd nəfəri vurub.O, sərxoş halda qəza törətməkdə ittiham olunub.

Tacxeber.com

Oxşar xəbərlər