Hər gün ətrafınızda bu cür xəstələrə rast gələ bilərsiniz – Erotomani sindromu haqda
“Erotomani narahatlığı” sayıqlamalı psixiatrik pozğunluq kimi qiymətləndirilir.
Mütəxəssislər erotomani narahatlığı olan insanlarla uydurmaları haqqında mübahisə etməməyə diqqət etməyi məsləhət görürlər.
Tacxeber.com xəbər verir ki, mütəxəssis klinik psixoloq Cemre Ece Gökpınar erotomani xəstəliyi ilə bağlı müəyyən bilgiləri paylaşıb.
“Bu sindromu yaşayanlar özlərindən daha yüksək mövqedə və heç də həmişə onlarla əlaqə qurmağın mükün olmadığı bir şəxslə eşq yaşadığını sanır. Bu şəxs ya onunla işləyən biri, ya da yolda rastlaşdığı məşhur bir adam ola bilər. Həmin şəxslər özlərini o dərəcədə inandırırlar ki, heç bir məntiqlə onları təxəyyülünün məhsulu olduğuna inandıra bilmirsən. Adam bu vəziyyəti sistematik bir şəkildə müdafiə edərək hər vaxt üçün bu düşüncəsini təsdiqləyəcək şərhlər tapa bilir. Yanıma gəlmir, çünki eşidilməsini istəmir, doğru zamanı gözləyir kimi bəhanələr gətirirlər. Zamanla bu şəxslərdə bu əlamətlərdən başqa heç bir əlamət müşahidə edilmir və iş funksionallıqları pozulmamış kimi görsənir.
Bipolyar pozğunluq yaşayanlarda da erotomani görülə bilər
(Bipolyar pozuntu — (Bipolyar – bi – latınca iki, polyar-qütblü deməkdir) Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam insan üçün də təbii hesab olunur. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır (əvvəllər bu xəstəliyi “maniakal-depressiv pozuntu” adlandırırdılar – Red).
Mütəxəssis qeyd edir ki, bipolyar pozğunluqda da duyğu dəyişkənliyi əsnasında erotomanik sayıqlamalara rast gəlinir. “Məsələn, manik epizodda olan bir xəstə, bir sənətçinin özünə aşiq olduğunu, bir mahnını özü üçün yazdığını və bir televiziya proqramında dediyi cümlənin əslində özünə mesaj olduğuna inan bilir. Bu xəstələr dərman müalicəsi ilə bərabər psixoterapevt müalicəsi də almalıdırlar.