“Qiyamət günü gələndə sızıldayacaqlar” – Moskva Qərbə MESAJ VERDİ
Rusiyanın BMT-dəki daimi sədrinin müavini Dmitri Polyanski Litvanın İsveçdəki səfiri Linas Linkyaviçyusun Krım körpüsü ilə bağlı eyhamlarına cavab verib.
O, bu haqda özünün “X” sosial şəbəkə hesabında yazıb.
Diplomatın sözlərinə görə, Linkyaviçyus 2022-ci ildə Polşanın xarici işlər naziri Radoslav Sikorskinin paylaşımından ilhamlanıb. Daha sonra polşalı siyasətçi sosial şəbəkələrdə “Şimal axını” qaz kəməri qəzası yerindən “Sağ ol, ABŞ” yazısı olan fotoşəkili yayımlayıb.
“Onlar indi hiddətlə hürürlər, amma sonra qiyamət günü gələndə acınacaqlı şəkildə sızıldayacaqlar və bütün bu səhvlərə görə peşman olacaqlar”, – Polyanski deyib.
Qeyd edək ki, bir mddət öncə Linas Linkyaviçyus raketin işə salandığı körpünün fotosu ilə ilə kollaj paylaşıb.