Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən bərpa ediləcək.
Tacxeber.com xəbər verir ki, bunu Report-a açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib.
“Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbaycan humanist missiyasını davam etdirərək İrpendə dağılmış daha 4 obyektin yenidən tikintisini həyata keçirəcək. Biz Azərbaycana müharibədən əziyyət çəkən şəhərimizə davam etdirdiyi humanitar yardımına görə dərin minnətdarıq”, – mer əlavə edib.