• 24 Noyabr 2024 22:56

Dırnaq boyası çəkəndən 10 saat sonra bədəndə nə baş verir?

dirnaq-boyasi-cekenden-10-saat-sonra-bedende-ne-bas-verir

Bütün qadınlar cəlbedici olmaq istəyir və bunun üçün əllərinə çox vaxt sərf edirlər. Çünki əllər hər zaman göz önündədir. Lakin qadınların çoxu orqanizmə mənfi təsirlərinin olduğunu düşünmədən dırnaqlarını müxtəlif rəngli “lak”larla boyayırlar.

 

Tacxeber.com “syl.ru” saytına istinadən xəbər verir ki, müxtəlif markaların dırnaq boyalarından çox istifadə edən 24 qadın arasında araşdırma aparılıb. Nəticələr heç də ürəkaçan olmayıb. Araşdırmada iştirak edən bütün qadınlarda toksinlər aşkar edilib. Məsələ trifenilfosfat maddəsindən gedir. Boyanın dırnaqlara sürtülməsindən 10 saat sonra bədəndə izləri görünməyə başlayıb. Məlum olub ki, heç bir istehsalçı şirkət məhsulun üzərində bu kimyəvi maddənin olduğunu yazmır.

 

TRİFENİLFOSFATIN  ORQANİZMƏ  TƏSİRİ

Digər toksinlər kimi trifenilfosfat dərini qıcıqlandıra, hətta allergiyaya səbəb ola bilər. Ancaq proses bununla bitmir. Onun orqanizmdəki varlığı hormonal inkişafa ciddi təsir edir. Bu, xüsusilə yeniyetmə qızlarda daha aydın görünür. Sözügedən toksin endokrin sistemə və maddələr mübadiləsinə də mənfi təsir edir. Bu o deməkdir ki, davamlı bədənə düşərsə, ciddi xəstəliklərə yol aça bilər.

DIRNAQ  BOYASINDA  OLAN  DİGƏR  TOKSİNLƏRİN  TƏSİRİ

Dırnaq boyasında olan digər kanserogen maddə formaldehiddir. İnsanda nəfəs darlığına, bəzi hallarda hətta astmaya səbəb olur. Xroniki xəstəliklərdən əziyyət çəkən insanlar bu preparatın təsirinə həssasdırlar.

 

Digər təhlükəli kimyəvi maddə isə tolouini-dir. Bu kimyəvi maddə digər kanserogenlər kimi dərinin qıcıqlanmasına səbəb olur. Gənc analar bu mövzuda çox diqqətli olmalıdır. Çünki araşdırmalar göstərir ki, tolouini maddəsi ana südünə keçə və bu yolla uşağa ötürülərək onun boy atmasını dayandıra bilər. Odur ki, azyaşlı uşaqların dırnaqlarına “lak” sürtməzdən əvvəl bu haqda yaxşı düşünməlisiniz.

Tacxeber.com

Oxşar xəbərlər