• 25 Noyabr 2024 05:49

Suda qalmış avtomobilləri necə ayırd etmək olar? – ƏSAS ƏLAMƏTLƏR

“Satışa çıxarılan avtomobilin suda qalmasını elektrik kontaktlarında oksidləşmə izləri, müəyyən detallarda texnoloji kağız yapışqanların olmaması və kuzovun gizli boşluqlarında su qalıqları ilə müəyyən etmək mümkündür”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə rusiyalı ekspert Maksim Şelkov məlumat verib.

 

“İlk növbədə, avtomobilin qoruyucularını yoxlamaq lazımdır. Oksidləşmə zamanı orada ağ və yaşıl çöküntülər yaranır. Həmçinin, birləşdirici elementlərin olduğu gizli boşluqlarda pas izləri yoxlanılmalıdır”, – deyə Şelkov qeyd edib.

 

Mütəxəssis əlavə edib ki, tamamilə təmizlənmiş salonu olan avtomobillər alıcılar tərəfindən ətraflı yoxlanılmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər