Bu ölkədə inək südü içən bütün pişiklər tələf olub, səbəb isə…
ABŞ-də inək südü içən pişiklərin hamısı tələf olub.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu da əhali arasında narahatlıq doğurub.
Buna səbəb kimi isə quş qripi göstərilir. Qeyd edilir ki, alınan süd inəkləri arasında H5N1 epidemiyası ilk dəfə martın 25-də aşkarlanıb, daha sonra isə virus 8 ştatda azı 33 sürüyə yayılıb.
Çərşənbə günü, bazarda satılan süddə virusun genetik qalıqları aşkar edilsə də, səlahiyyətli şəxslər südün təhlükəsiz olduğunu açıqlayıb.
“The New York Times” heyvanların tələf olmasına səbəb olan bu xəstəliyin insanlıq üçün də dəhşətli faciəyə çevrilə biləcəyini qeyd edib.