• 25 Noyabr 2024 13:30

Oynaq ağrılarınıza səbəb bu ola bilər – Kollagen çatışmazlığı nədir və əlamətləri?

oynaq-agrilariniza-sebeb-bu-ola-biler

Kollagen əskikliyi bədəndə müxtəlif dəyişikliklərin baş verməsinə  səbəb olur. Hər nə qədər təbii yollarla qəbul edilən bir protein olsa da bəzən xaricdən möhkəmlədici kimi istifadə edilməlidir. 

 

Bədəndə kollagen çatışmadıqda nələr baş verir,  hansı əlamətlər özünü göstərir?

 

Tacxeber.com bu sualların cavabını oxucular üçün araşdırıb.

 

 Kollagen – insan orqanizminin fəaliyyəti üçün çox mühüm rol oynayır. Sümüklərin, qığırdaqların, əzələlərin, vətər və bağların tərkibinə kollagen daxildir. Məhz kollagen onların möhkəmliyi və fasiləsiz işinə cavabdeh sayılır. Başqa sözlə desək, kollagen – bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan, xüsusi yapışdırıcı zülaldır.

 

Kollagen heyvanların ət, sümük və dəri hissəsində olur və bədən toxumasının  güclənməsinə kömək edərək  bir yerdə yapışmasını təmin edir.

 

Kollagen həmçinin  dərimizdə də çox miqdarda olub, onun elastik və möhkəm olmasına səbəb olur.  Lakin yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir və ilk olaraq dərinin vəziyyəti ilə özünü göstərir. Kollagen çatışmazlığı dəri qocalmasıın əsas səbəbidir. Dəri elastikliyini itirir, üst qatı nazikləşir, quruluq əmələ gəlir və nəticədə ilk qırışlar yaranır.

Şəkildə göstərilib: Cavan və yaşlı insanda kollagen

Kollagen əskikliyinin əlamətləri:

Kollagen əskikliyi bədəndə oynaq ağrılarının yaranmasına səbəb olar.

– Saçlarda və dırnaqlarda qırılma

– Hərəkətlərdə bəzi qırılmalar

– Həm üz, həm də gözdə batıq görüntülər

– Diş ətlərində qanama

– Dəri səthində qırışıqlıq

– Sellülitin başlanması və ya yaranması

– Bədəndə müəyyən hissələrdə bənövşəyi çalarda göyərmələr

– Burun qanaması

– Həddindən artıq halsızlıq və yorğunluq

Bunlarla bərabər oynaqlar, qığırdaq və vətərlərə, bağlara mənfi təsir edir. Dərinin görünüşündə dəyişikliklər aydın gözlə sezilir. Dəridə əsasən bu əlamətlər özünü büruzə verir:

– Dərinin nəmlənməsində balans pozulur

– Dəridə quruluq və  sallanma

– Dərinin müəyyən bölgələrində meydana gələn qırışıqlıq

– Dəridə rəng və ton bərabərsizliyi

– Yanıq, kəsik və ya çapılma kimi hallarda dərinin gec sağalması

– Dərinin davamlı olaraq solğun görünməsi

– Qaz ayağı meydana gəlməsi

Bunlara əlavə olaraq kollagen əskikliyinin oynaqlar, qığırdaq və bağlar üzərində yaratdığı dəyişikliklər:

– Əzələ kütləsində diqqətə çarpan azalma

– İdmanda zədələnmələrin çox gec sağalması

– Sümük quruluşunun gücsüz və zəif  olması

– Qığırdaq toxumalarında köhnəlmələr

– Hərəkət zamanı  oynaqlarda yaranan ağrılar

 

Ümumiyyətlə, kollagen çatışmadıqda ilk növbədə saç və dırnaqlar zədə alır. Saçların uzanması dayanar və saç tökülməsi artar. Dırnaqlar soyulmağa başlayar və çox asan bir şəkildə qırılar. Bu cür problemlərlə  qarşılaşmamaq üçün kollagen möhkəmlətməsinə ehtiyac var.  Əgər təbii yollardan alına bilmirsə, mütləq xaricdən  möhkəmləndirici qidalar ilə kollagen istehsalına dəstək olmaqda fayda var.

 

Ümumilikdə isə elmi araşdırmalara görə, C vitamini kollagen istehsalını stimullaşdırır. Buna görə qida rasionuna C vitaminli məhsulları əlavə etmək lazımdır.  Bunlara əsasən: sitrus meyvələri, kivi, istiot, itburnu, qara qarağat, quşüzümü, kartof, kələm, pomidor, yaşıl soğan və cəfəri aid edilir.

Tacxeber.com

Oxşar xəbərlər