Telefonsuz qalmaq qorxusu…
Hər gün, hər saat smartfondan istifadə insan psixikasında dərin iz qoyur və asılılıq yaradır.
Tacxeber.com Medicina.az-a istinadən xəbər verir ki, psixiatr Viktor Rudov telefon asılılığının xəstəliyə çevrildiyini bildirib.
“Nomofobiya – telefonundan ayrılmaq, ayrı düşmək, telefonsuz qalmaq qorxusudur. Telefonun zərərləri az deyil: yuxusuzluq, depressiya, təşviş, diqqət yayqınlığı, sosial fobiya, skolioz. Üstəlik telefonsuz qalmaq qorxusu əlavə təşviş yaradır. Hazırda bu sindromdan telefon istifadəçilərinin 3-də ikisi əziyyət çəkir.
Rəqəmsal asılılığı vaxtında saxlamaq lazımdır, çünki dərinləşsə, yalnız psixiatrik metodlarla xilas mümkündür.
Psixikadan əlavə gadcetlərdən saatlarla istifadə beyini, empatiyanı və libidonu əzir.