• 28 Noyabr 2024 03:50

Paxlanın faydaları – Kimlərə olmaz?

Paxla yeyəndə bədənimizdə nələr baş verir?

paxlanin-faydalari

 Paxla bitki mənşəli  zəngin zülal qaynağıdır,  lif, fol turşusu, kalium vitamini  anbarıdır. Bildiyimiz kimi, kalium orqanizmin maye balansının tənzimlənməsində xüsusi rol oynayır.

 

Paxla heç də həmişə hamıya fayda vermir.  Parkinson xəstələri, irritabl bağırsaq sindromu yaşayanlar və favizm  xəstəliyi olanların paxla istehlak etməsi təhlükəlidir.

Təzə paxlanın faydaları nələrdir? Kimlər paxla istehlak edərkən diqqətli olmalıdır? Tacxeber.com bu suallara aydınlıq gətirəcək. 


Bəzi xərçəng növlərinə qarşı təsirli  vasitədir

 

Paxla fitokimyəvi tərkibi çox zəngin  olan bir tərəvəzdir. Tərkibində olan  izoflavon döş xərçəngi kimi bəzi xərçəng növlərinə qarşı təsirlidir. Bu bəzi elmi araşdırmalarla da sübut edilib.

 

Tərkibində olan lif LDL xolesterolu aşağı salır, kolon bağırsağın sağlamlığını qoruyur, qan şəkərini nizamlayır,  toxluq hissini artıraraq çəkini azaldır.

 

Təzə paxla ehtiva etdiyi C vitamini və fitokimyəvi  maddələrlə  immunitet sistemini gücləndirər.

Qırmızı ətə  alternativ ola bilər

Paxla zülalla zəngindir.  Xolesterol ehtiva etməməsi xolesterolu yüksək olanlar üçün qırmızı ətə  alternativdir və vegeterianların (ətlə qidalanmayan) əsas qida qaynağıdır.

 

Kimlər paxla yeyə bilməz? 

Təzə paxlada dopamin – l-Dopa  var. Paxla yeyəndə  beyində dopamin ifrazatı artır. Parkinson  xəstəliyinin səbəbi isə beyində dopamin ifrazatının azalmasıdır. Buna görə diyetlərində təzə paxla olanların bu xəstəliyə tutulma riski azala bilər.

 

Ancaq Parkinson xəstəliyində istifadə edilən dərmanların faktor maddəsində də l-Dopa var. Paxla və dərman birlikdə istifadə edildiyi zaman çox  doza alınmış dərman effekti verir.  Parkinson xəstələri paxla yeyərkən  mütləq həkimləri ilə məsləhətləşməlidirlər.

İrritabl bağırsaq sindromu olan fərdlərdə isə qaz yaradacağından diqqətlə istehlak edilməlidir.
Xalq arasında “paxla zəhərlənməsi”kimi tanınan favizm xəstəliyi olanlar, hamilə və körpələr paxla yeməkdən çəkinməlidirlər.

Tacxeber.com

Oxşar xəbərlər