• 27 Noyabr 2024 23:40

“Məmurların təyinatdan əvvəl gey olub-olmaması yoxlanılsın”

Məmurları vəzifəyə təyin etməzdən əvvəl onların oriyentasiyası yoxlanılsın.

 

Tacxeber.com xəbər verir ki, belə bir təkliflə Rusiya Dövlət Dumasının deputatı Aleksey Xinşteyn çıxış edib.

 

O bu cür yoxlamada qınaq və ya pis bir şey görmür.

 

“Ənənəvi ailə dəyərlərinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bununla məşğul olan insanlara xüsusi qayğı ilə yanaşılmalıdır. Özüm də iki övladım var. Mən oğullarımın qeyri-ənənəvi cinsi dəyərləri təmsil edən müəllimlərinin hər hansı birinin əleyhinə olmuşam və olacağam”, – Xinşteyn bildirib.

 

Xatırladaq ki, Rusiya Ali Məhkəməsi LGBT-nin ekstremist hesab edilməsi və fəaliyyətinin qadağan edilməsi barədə qərar çıxarıb.

 

Bundan əlavə Rusiya Prezidenti Vladimir Putinin ötən il imzaladığı fərmanla ölkədəki homoseksual münasibətlər “Rusiya cəmiyyəti üçün dağıdıcı ideyalar və dəyərlər” sırasına daxil edilib.

Tacxeber.com

Oxşar xəbərlər