• 23 Noyabr 2024 22:02

Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı – Görün nələr deyildi…

“İctimai TV”də yayımlanan “Alatava” serialı müzakirələrə səbəb oldu. Bir sıra narazılıqlardan sonra serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verdi. O, “Alatava” serialını tənqid edən Xalq artistlərini tərbiyəsiz adlandırdı. 

 

Gənc aktyorun Xalq artistinə bu cür cavabı isə birmənalı qarşılanmadı. Bəziləri yaşlı sənətkara münasibətdə bu cür davranışın qəbuledilməz olduğunu bildirdi.

Məsələ ilə bağlı Yenisabah.az-a mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva danışıb. O, aktyorlar arasında bu cür intriqaların baş verməsinin yolverilməz olduğunu deyib:

 

“Bu məsələdə hər iki tərəf aqressiv danışıb. Əgər Yaşar Nuri sağ olsaydı, bu məsələ tamamilə başqa cür yoluna qoyulardı. Əminəm ki, o, əvvəlcə sözügedən seriala baxardı, daha sonra gənclərlə bir araya gələrdi, oturub onlarla söhbət edərdi, söhbət əsnasında gördüyü problemləri onlara izah edərdi, deyərdi ki, filan şeyi dəyişdirsəniz, daha yaxşı olar. Bu mövzunu məntiqli əsaslarla yoluna qoyardı və hər şey bu söhbətlə bitə bilərdi.

Amma bu cür aqressiv yanaşma ilə razı deyiləm. Həm sənətkar, həm də gənclər bir-birinə kifayət qədər sərt cavablar veriblər. Mən şəxsən bunu düzgün hesab etmirəm. Hər halda, məsələni başqa cür həll etmək olardı. Onlar bir-birini anlaya bilsəydilər, məsələ bu qədər böyüməzdi”.

 

R.Nuriyeva qeyd edib ki, aktyorlar arasında davamlı intriqalarla mədəniyyət sahəsi inkişaf edə bilməz:

 

“Əminəm ki, Yaşar olsaydı, gəncləri başına yığıb söhbət edərdi və məsələ elə yerindəcə həll olunardı. Yoxsa o belə dedi, bu belə cavab verdi… Bu şəkildə, sərt ritorika ilə hər hansı məsələni həll etmək mümkünsüzdür. Nəzərə almaq lazımdır ki, cavanların da öz sanbalları var, onlar da adi aktyorlar deyillər, hər halda, adları çəkiləndə böyük əksəriyyət onları tanıyır, sevir və izləyir. Onlar gələcəkləri parlaq aktyorlardır. Rasim Balayevin də özünə görə hörməti, sanbalı var, bütün ölkə onu tanıyır, hörmət edir. Ortada yaş fərqi də var, gərək bütün bunlar nəzərə alınaydı və bu cür söhbətlər olmazdı.

Onlar bir araya gəlib, bir süfrə arxasında çox rahat şəkildə məsələni həll edə bilərdilər. Sənət adamlarının, gənc nəsillə, yaşlı nəslin bir-birini başa düşüb dəstək olması mədəniyyətin inkişafı üçün də çox yaxşıdır. Normal münasibətlə daha da irəli getmək olar, amma bu cür intriqalarla bir yerə varmaz olmaz. Bu, heç kimə lazım deyil.

Həm də cavandılar, cavanlar hansısa yolu düz seçməyiblərsə, sanballı, yaşlı sənətkar onları çağırıb başa sala bilərdi”.

Tacxeber.com

Oxşar xəbərlər