• 24 Noyabr 2024 07:50

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bir neçə gün öncə ev dustaqlığına buraxılan Qubad İbadoğlu yaşayış yerinin dəyişməsi üçün məhkəməyə müraciət edib.

 

Tacxeber.com xəbər verir ki, onun müraciətinə Nərimanov Rayon Məhkəməsində baxılıb.

 

Məhkəmə İbadoğlunun iddiasını təmin edərək onun bağ evinə köçməsinə icazə verib.

 

Qeyd edək ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Yaxın günlərdə məhkəmənin başlanacağı gözlənilir.

 

Qeyd edək ki, Qubad İbadoğlu 9 ay əvvəl həbs edilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər