• 20 Sentyabr 2024 02:37

İsa Qəmbər 10 ildən sonra yenidən başqan seçildi

2014-cü ildə Müsavat Partiyasının başqanlığından gedən İsa Qəmbər yenidən başqan postuna seçilib.

 

Tacxeber.com musavat.com-a istinadən xəbər verir ki, bu gün Müsavat Partiyasının XI qurultayı keçirilib.

Qurultayda sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və yeni başqan seçkisi keçirilib. Seçkidə 282 nəfər iştirak edib, onlardan 3 nəfər əleyhinə, 279 nəfər isə İsa Qəmbərin xeyrinə səs verib.

 

Beləliklə, başqan postuna yeganə namizəd olan İsa Qəmbər yenidən partiya başqanı seçilib.

Tacxeber.com

Oxşar xəbərlər